Azərbaycan Super Liqasının qalibi bəlli oldu
Aprelin 18-də qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışlarına yekun vurulub.
Azərbaycan Voleybol Mərkəzində keçirilən yarışlarda çempionluq uğrunda mübarizədə "Rabitə” və "Azəryol” komandaları qarşı-qarşıya gəliblər. İlk setdə rəqibini 25:23 hesabı ilə məğlub edən "Rabitə” hesabda önə çıxıb. İkinci setdə də inamlı oyun nümayiş etdirən "Rabitə” seti 28:26 hesabı ilə öz xeyrinə başa vurub. Üçüncü seti də qələbə ilə tamamlayan (25:16) "Rabitə” klubu sonda 3:0 hesablı qələbəsi ilə Azərbaycan Super Liqası yarışlarının 2013-2014-cü il mövsümünün qalibi olub.
Super Liqa yarışlarının bürünc mükafatını isə "İqtisadçı” komandası qazanıb. Sonra Azərbaycan Super Liqasında mübarizə aparan komandaların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatının mükafatçılarının təltifetmə mərasimi keçirilmişdir. "Rabitə” qızıl, "Azəryol” ”gümüş, "İqtisadçı" kollektivi isə bürünc medallarla təltif olunub.