Qadın voleybolçular arasında Rusiya Superliqasında pley-off mərhələsinə start verilib. Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu "Omiçka” "Tümen-TümQU”nun qonağı olub. Görüş Omsk təmsilçisinin asan qələbəsi ilə yekunlaşıb - 3:0 (25:18, 25:15, 25:15). Məmmədova bu oyunda komandasına 11 xal qazandırıb. Cavab matçı aprelin 23-də keçiriləcək.
Qeyd edək ki, "Omiçka” Superliqanın əsas mərhələsini 2-ci, "Tümen-TümQU” 8-ci pillədə bitirib.