Qadın voleybolçular arasında Azərbaycan Super-liqasında 2013/2014-cü illər mövsümünün simvolik yığması açıqlanıb. "Rabitə”nin növbəti çempionluğunu qazandığı yarışın ən dəyərli voleybolçusu (MVP) Aurea Kruz seçilib. Puerto-rikolu legioner Azərbaycanda keçirdiyi ikinci ilində də "Rabitə”nin qızıl medal qazanmasında böyük rol oynayıb. O, həmçinin ən yaxşı topqəbuledici və müdafiəçi mövqeyində də çempionatımızın ən güclüsü olub. Ümumilikdə 9 nominasiyadan 6-sında qalib olmaq Eldar Yusubovun yetirmələrinin payına düşüb. Simvolik yığmada gümüş medalçı "Azəryol” 1, 3-cü yeri tutan "İqtisadçı” 2 voleybolçu ilə təmsil olunub.
Qeyd edək ki, Super Liqanın bombardiri olan Skovronska həmçinin final mərhələsinin ən dəyərli oyunçusu seçilib.
Ən dəyərli voleybolçu - Aurea Kruz ("Rabitə”)
Ən yaxşı bombardir - Katarjina Skovronska ("Rabitə”)
Ən yaxşı blokçu - Anneris Varqas ("Azəryol”)
Ən yaxşı toppaylayıcı - Nutsara Tomkom ("Rabitə”)
Ən yaxşı hücumçu - Pleumjit Zinkaov ("İqtisadçı”)
Topu oyuna Ən yaxşı daxil edən - Manon Flier ("İqtisadçı”)
Ən yaxşı topqəbuledici - Aurea Kruz ("Rabitə”)
Ən yaxşı müdafiəçi - Aurea Kruz ("Rabitə”)
Ən yaxşı libero - Brenda Kastillo ("Rabitə”)