Gürcüstan yığması heyətini açıqlayıb

Gürcüstan yığması heyətini açıqlayıb

Kişi voleybolçular arasında Avropa çempionatının I təsnifat mərhələsində Azərbaycan millisinin rəqibi olacaq Gürcüstan yığması heyətini açıqlayıb. Komandanın baş məşqçisi Sulxani Axvlediani yığmanın düşərgəsinə 19 voleybolçu dəvət edib. Millimizlə görüşdə komandamıza qarşı Soso Lobjanidze, Artur Avetisov, Mamuka Beriaşvili, Temuri Çabukiani, Otari Çaçua, Giorgi Çxolaria, Konstantin Geninq, Levan Qordeziani, Mixael Quniava, Giorgi İvanaşvili, Mixael Jajvani, Tengiz Janxoteli, Davit Liparteliani, Badri Nutsubidze, Zaza Şedania, Amiran Tepnadze, Valter Todua, Revaz Tsiklauri və İrakli Tsintzadze mübarizə aparcaqlar.
Qeyd edək ki, təmsilçimizin yer aldığı III qrupda Gürcüstan voleybolçuları ilə yanaşı, İsveç və Makedoniya yığmaları qüvvələrini sınayacaqlar.