Tədbirdə iştirak edən klublar əsasən avrokuboklarla bağlı bir sıra təkliflərini açıqlayıblar.
CEV prezdenti Andre Meyer komandaların mövcud qaydalarla bağlı irəli sürdükləri təklifləri dinləyib və yenilikləri müzakirə edib. Qurum rəhbəri bəzi ideyaların, həqiqətən də, maraqlı olduğunu və yaxın vaxtlarda həmin məsələlərin təhlil ediləcəyini vurğulayıb.
Əsas müzakirələr isə avrokubokların pley-off mərhələsi ilə bağlı olub. Bundan başqa, oyunların protokoluna daxil edilən oyunçuların sayı da müzakirə obyektinə çevrilib. Hər oyuna, biri libero olmaqla, 12 voleybolçu sifariş edən klublar bu sayın artırılmasını istəyirlər. Məşqçilərin fikrincə, 2 libero olmaqla, 15 voleybolçunun komandada yer alması onlara oyunçu seçimində geniş imkanlar yarada bilər.
Qeyd edək ki, müzakirə olunan məsələlər arasında avrokuboklarda keçirilən oyunlara görə hesablanan reytinq cədvəli də olub. Klublar bu siyahının hesablanmasında və təmsilçilik sayında da müəyyən yeniliklərin edilməsi ideyasını irəli sürüblər.