İsveç millisinin heyəti müəyyənləşib

İsveç millisinin heyəti müəyyənləşib

Kişi voleybolçulardan ibarət İsveç millisinin heyəti müəyyənləşib. Avro-2015-in I təsnifat mərhələsində Azərbaycan yığması ilə qarşılaşacaq komandanın düşərgəsinə 18 oyunçu çağırılıb.
Belə ki, rəqibimiz mayın 9-11-də qrup mərhələsində Peter Lundqren, Anton Viyk, Fredrik Qustavsson, Stefan Bolmqrin, Erik Knutsson, Yakub Viyk, Con Markus Nilsson, Uelhelm Nilsson, Flipp Pettersson, Erik Sundberk, Karl Ahremark, Yohan Martensson, Martin Larsson, Andreas Eriksson, Dardan Luştak, David Pettersson, Arno Slipaç və Yans Anremarkın köməyindən istifadə edəcək.
Qeyd edək ki, qrupumuzda İsveç, Makedoniya və Gürcüstan yığmaları yer alıblar.