Qadın voleybolçular arasında keçirilən CEV kubokunun qalibinin adı məlum olub. Final mərhələsində Türkiyənin "Fənərbağça” klubu ilə Polşanın "Bank Fakro” klubu üz-üzə gəlib. Qeyd edək ki, bu komandalar arasında keçirilən birinci oyunda Polşa təmsilçisi rəqibini 3:2 hesabı ilə məğlubiyyətə uğratmışdı. Cavab qarşılaşmasında da polşalıların qələbə qazanacağı gözlənilən idi. Polşalılar onlara bəslənilən ümidləri doğrulda biliblər. Bu oyunda da rəqibini 3:2 hesabı ilə üstələyən "Bank Fakro” klubu CEV kubokunu qazanıb - 2:3 (18:25, 25:19, 15:25, 25:22, 11:15).
Məlumat üçün bildirək ki, "Bank Fakro” yarımfinal mərhələsində Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Rusiyanın "Omiçka” klubunu məğlubiyyətə uğratmışdı.
Türkiyə təmsilçisi "Fənərbağça” isə Rusiyanın digər komandasını "Uralokça”nı məğlub edərək finala yüksəlmişdi.