Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Yığmamızın baş məşqçisi Faiq Qarayev Avropa çempionatının II seçmə mərhələsi üçün nəzərdə tutulan ilkin heyətə 19 oyunçunun adını daxil edib. Belə ki, təcrübəli mütəxəssis mayın 22-24-də Bolqarıstanda, 29-31-də Bakıda keçiriləcək görüşlərdə Ceyran Əliyeva, Kseniya Kovalenko, İrina Makarenko, Anastasiya Qurbanova, Oksana Parxomenko, Odina Əliyeva, Ayşən Abduləzimova, Yelena Parxomenko, Natəvan Qasımova, Natalya Məmmədova, Yana Ağayeva, Yekaterina Jidkova, Valeriya Korotenko, Ülkər Kərimova, Şəfaqət Həbibova, Aynur Kərimova, Oksana Kiselyova, Polina Rəhimova və Aleksandra Prupasın köməyindən istifadə edəcək. Hazırda Bakıda təlim-məşq toplanışında olan millimizin heyətində ciddi dəyişikliklər yoxdur. Yalnız Ülkər Kərimova yenidən komandaya cəlb olunub.
Yekun heyətin isə yaxın günlərdə dəqiqləşəcəyi bildirilir.
Qeyd edək ki, Azərbaycan millisi Bolqarıstan, Yunanıstan və Portuqaliya yığmaları ilə birlikdə D qrupunda yer alıb.