Xocavənddə voleybol üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıblar

Xocavənddə voleybol üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıblar


Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə voleybol üzrə rayon birinciliyi keçirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü qeyd etmək, əhalinin asudə vaxtını səmərəli təşkil etmək, idmanın voleybol növünü kütləviləşdirmək məqsədilə keçirilən yarışda 8 komanda iştirak edib.
Yarışın nəticələrinə əsasən, Tuğ kənd komandası birinci, rayon polis şöbəsinin kollektivi ikinci, uşaq-gənclər idman məktəbinin komandası isə üçüncü yerə layiq görülüb.
Yarışın qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.