Qadın voleybolçular arasında keçirilən klublararası dünya çempionatına yekun vurulub. İsveçrənin Sürix şəhərində təşkil olunan yarışın qalibi adını Kazanın "Dinamo” klubu qazanıb. Rusiya təmsilçisi finalda Braziliyanın "Osasko” klubu ilə qarşılaşıb. Şimal qonşularımız 3:0 (25:11, 25:16, 27:25) hesabı ilə qalib gələrək qızıl medallara sahib çıxıb. Bürünc medallar uğrunda qarşılaşmada "Volero” (İsveçrə) "Sesi”yə (Braziliya) məğlub olub - 3:2 (25:18, 25:20, 25:21, 25:23, 15:13). Əlcəzairin "Petroliers” və Yaponiyanın "Hisamitsu Springs” komandaları mübarizəni qrup mərhələsində dayandırıblar.
Qeyd edək ki, 2011-ci il dünya çempionatında qızıl medal qazanan "Rabitə” 1 il sonra ikinci yerlə kifayətlənmişdi.