Azərbaycanlı alpinist, Azərbaycan Alpinizm Federasiyasının (AAF) üzvü Rüfət Qocayev Avropanın ən yüksək zirvəsini fəth edib. Martın 1-də Bakı vaxtı ilə saat 13:15-də Rüfət Qocayev və iki ukraynalı alpinist ardıcıl olaraq müvəffəqiyyətlə Elbrusun hər iki zirvəsinə qalxıb və səhər 8:30 radələrində onun qərb zirvəsini (5642m) fəth ediblər. Ekspedisiyanın qalan iştirakçılar isə yalnız qərb zirvəsinin ikibaşlı dağına qalxmaqla kifayətləniblər.