“Rabitəçilər”dən daha bir transfer

“Rabitəçilər”dən daha bir transfer

Azərbaycan çempionu "Rabitə” heyətini gücləndirməkdə davam edir. Bakı təmsilçisinin növbəti transferi Kubadan olub.
Belə ki, "Rabitə” 25 yaşlı Ana Klegeri komandanın heyətinə cəlb edib. Əsas mövqeyi toppaylayıcı olan, lakin hücumda da mübarizə apara bilən voleybolçu ilə 5 illik müqavilə bağlanılıb. 183 sm boya malik olan mərkəzi amerikalı oyunçu əsasən yerli "Santiaqo de Cuba” klubunda çıxışı ilə tanınıb. Ona Katarjina Skorupanın əvəzləyicisi kimi də baxmaq olar. Çünki, əlindən əməliyyat olunduğundan, polşalı toppaylayıcının meydana bir qədər gec dönəcəyi gözlənilir.
Qeyd edək ki, Klegerin gəlişi ilə "Rabitə”də oyunçuların sayı 19-a çatıb. Belə ki, paytaxt təmsilçisi buna qədər Katarjina Skovronska, Aurea Kruz (hər ikisi 1 il), Katarjina Skorupa və Nutsara Tomkomla (2 il) müqavilənin müddətini artırmışdı. Həmçinin, müqaviləyə əsasən Brenda Kastillo, Foluke Akenradevo (daha 1 il), Rozanna Giel Ramos, Yoana Palasio Mendoza, Salas Vilma Rosell, Xiselye da Silva Franko ( hamısı 5 il), Tori Dikson, Gina Mankuso, Kristi Cekson, Kayla Banvart, Britni Kuper, Reyçel Rurk və Dora Horvat (hamısı daha 2 il) da "Rabitə” klubunda çıxış edirlər.