Xaçmaz Olimpiya İdman Kompleksində veteranlar arasında voleybol üzrə respublika turniri keçirilir.
Turnirdə respublikamızın müxtəlif bölgələrini təmsil edən 16 komanda iştirak edir. Yarışa yaş həddi 30-dan yuxarı olan idmançılar qatılıb.
Açılış mərasimindən sonra ilk oyunlar keçirilib. Bu qarşılaşmalarda Saatlı kollektivi Balakən komandasından, sumqayıtlı voleybolçular isə goranboylu idmançılardan üstün olublar.
Yarışa mayın 23-də yekun vurulacaq.