Karib dənizinin təmsilçisi yığmamızla bir qrupda

Karib dənizinin təmsilçisi yığmamızla bir qrupda


Sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyada keçiriləcək qadın voleybolçular arasında dünya çempionatının final mərhələsində Azərbaycan millisinin sonuncu rəqibinin adına da aydınlıq gəlib. Şimali və Mərkəzi Amerika, Karib Dənizi Hövzəsi ölkələri (NORCECA) çempionatının seçmə mərhələsinin yekununa əsasən Puerto-Rika millisi komandamızla oynamaq hüququ qazanıb.
Mərkəzi amerikalılar mübarizə apardıqları R qrupunda bütün rəqiblərini 3:0 hesabı ilə məğlub edərək, növbəti mərhələyə yüksəliblər. Bu nəticə ilə Puerto-Rika komandamızla birgə D qrupunda mübarizə aparmaq imkanı qazanıb.
Beləliklə, mundialın iştirakçılarının sayı 23-ə yüksəlib. Dünya çempionatının son komandası isə NORCECA-nın pley-off mərhələsinin yekununa əsasən dəqiqləşəcək. Yeganə vəsiqə uğrunda Panama, Nokaraqua, Kosta-Rika, Trinidad və Tabaqo və Meksika voleybolçuları güclərini yoxlayacaqlar. Görüşlər iyunun 3-8-də keçiriləcək.
Qruplar püşkün nəticəsinə əsasən aşağıdakı kimidir:
A qrupu: İtaliya, Dominikan Respublikası, Almaniya, Argentina, Xorvatiya, Tunis
B qrupu: Braziliya, Serbiya, Türkiyə, Kanada, Kamerun, Bolqarıstan
C qrupu: ABŞ, Rusiya, Tailand, Hollandiya, Qazaxıstan, NORCECA-6
D qrupu: Yaponiya, Çin, Puerto-Rika, Belçika, Kuba, Azərbaycan