Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer və vitse-prezident Yan Xronik Bakıya gəliblər.
2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunlarına hazırlıqlarla bağlı paytaxtımıza gələn Avropa Voleybol Konfederasiyasının rəsmiləri 4 gün işgüzar görüşlər keçirəcəklər. Onlar, eyni zamanda, çimərlik voleybolu ilə də yaxından tanış olacaqlar. Bununla birgə, prezident və vitse-prezident bu gün Voleybol Mərkəzində start götürəcək 2015, Avropa Çempionatının II seçmə mərhələsinin oyunlarını da birbaşa izləyəcəklər.
Qeyd edək ki, Bolqarıstandan vətənə qrup ikincisi kimi dönən komandamızın 2015-ci il Avropa çempionatına vəsiqə qazanması Bakıda keçiriləcək oyunlarda müəyyən olunacaq.