Super-liqa təmsilçisi olan "İqtisadçı” klubunu daha bir voleybolçu tərk edib. İtaliyalı Valentina Serenanın ardınca amerikalı Deja Makklendon da Super-liqanın bürünc mükafatçısı ilə yollarını ayrıb. 21 yaşlı hücumçu başa çatan müqaviləsini yeniləməyib. O, artıq özünə yeni komanda tapıb. Voleybolçu yeni mövsümdən etibarən Polşanın "Atom” klubunda qüvvəsini sınayacaq.
Qeyd edək ki, "İqtisadçı” hələlik "Lokomotiv”dən xorvatiyalı Katarina Barunu heyətinə cəlb edib.