Qadın voleybolçular arasında Avropa Liqasının ilk 2 turunu idarə edəcək hakimlərin adları məlum olub. İyunun 6-da Bolqarıstan millisi ilə oynayacaq Azərbaycan yığmasınının oyununu yunanıstanlı Aleksandros Milonakis idarə edəcək. Qarşılaşmada ikinci referi funksiyasını Sonya Simonovska (Monteneqro) yerinə yetirəcək.1 gün sonra yenə Sofiyada keçiriləcək bu yığmaların oyununda da eyni hakimlər ədaləti qoruyacaq. Sadəcə, ikinci matçda Simonovska əsas, Milonakis köməkçi referi olacaq.
Qeyd edək ki, oyunlar Bakı vaxtı ilə 20:30-da başlayacaq.