Azərbaycan millisinin voleybolçusu Polina Rəhimovanın yeni transfer olunduğu "Hyundai” klubunda təqdimat mərasimi keçirilib. Tədbirdə Cənubi Koreya təmsilçisinin rəhbərliyi hücumçumuzun gücünə inandığına bildirib. Rəhimova da "Hyundai”yə layiq olduğunu sübut etməyə çalışacağını deyib. 24 yaşlı hücumçumuz yığmamızda və indiyədək oynadığı komandalarda daşıdığı nömrəni dəyişməyib. O, yeni klubunda da "17” nömrə altında çıxış edəcək.
Koreyalı həmkarlarımız bundan sonra kamera önünə keçən Polinanın ölkədəki bəzi şəkillərini də yayımlayıb.
Qeyd edək ki, Rəhimova "Hyundai” ilə 1 illik müqavilə imzalayıb.