Polşanın "Ximik” klubunun baş məşqçisi Cüzeppe Kuçarini qadın voleybolçular arasında Çempionlar Liqasının püşkatmasının nəticələrindən narazı qalıb. Rusiyanın "Dinamo” (Kazan), Azərbaycanın "Rabitə” və Çexiyanın "Agel” klubları ilə eyni qrupda yer almaları italiyalı mütəxəssisi narazı salıb.
Kuçarini püşkün nəticələrini qısa şərh edib və şanslarının aşağı olduğunu gizlətməyib: "Çempionlar Liqasında çox şey püşkdən asılıdır. Güclü rəqiblərlə eyni qrupa düşmüsənsə, deməli, mərhələ adlamaq şansın çox azdır. Biz belə qrupdan çıxmaya da bilərik. Şansımız sıfıra bərabərdir”.