Azərbaycan nümayəndə heyəti Avropa Ədalətli Oyunlar Hərəkatının İcraiyyə Komitəsinin iclası və Baş Assambleyasında iştirak edib
Olimpiya dünyası
04.05.2026, 15:13
Aprelin 28-30-da Sloveniyaın Lyublyana şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (EFPM) İcraiyyə Komitəsinin iclası və Baş Assambleyası keçirilib.
Olimpnews.az xəbər verir ki, tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri, Avropa Ədalətli Oyunlar Hərəkatının İcraiyyə Komitəsinin üzvü Xəzər İsayev və AzƏOK-un məsul katibi Aysel Sultanova iştirak ediblər.
Aprelin 29-da Avropa Universitet İdmanı Assosiasiyasının (EUSA) ofisində EFPM İcraiyyə Komitəsinin iclası keçirilib.
EUSA nümayəndələri – Təhsil və Əməliyyatlar üzrə direktor Sara Rozman, eləcə də Layihələr və Siyasət üzrə direktor Andrej Pisl EFPM nümayəndələrini qarşılayaraq, universitet idmanında ədalətli oyun dəyərlərinin təşviqi istiqamətində həyata keçirilən fəaliyyətlər barədə məlumat veriblər.
İclas çərçivəsində EFPM ilə EUSA arasında əməkdaşlığın gücləndirilməsi xüsusi vurğulanıb, etika, dürüstlük, təhsil və ədalətli oyun prinsiplərinin Avropa idmanında daha geniş tətbiqi müzakirə olunub.
İclasda üzvlər təşkilatın cari prioritetlərini, strateji inkişaf istiqamətlərini, maliyyə məsələlərini, gələcək layihələri və beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə ediblər.
İcraiyyə Komitəsinin iclasında EFPM-in Kommunikasiya Komissiyasının yaradılması barədə qərar qəbul olunub. Qərara əsasən, AzƏOK-un məsul katibi Aysel Sultanova Komissiyanın sədri təyin olunub.
Daha sonra tədbir Sloveniya Milli Olimpiya Komitəsinin Olimpiya Təhsil Mərkəzində Baş Assambleya ilə davam etdirilib.
Onlayn formatda keçirilən Assambleyada 22 üzv ölkə iştirak edib, İcraiyyə Komitəsinin üzvləri isə Sloveniya Milli Olimpiya Komitəsinin Olimpiya Təhsil Mərkəzindən birbaşa qoşulublar.
Assambleyaya EFPM prezidenti Filip Üzyo və vitse-prezident Robert Perc sədrlik ediblər. Sloveniya Milli Olimpiya Komitəsinin Baş direktoru Uroš Mohorič İcraiyyə Komitəsinin üzvlərini yerində qarşılayaraq iclasa uğurlar arzulayıb.
Assambleyanın açılışında Avropa Olimpiya Komitəsinin (EOC) Prezidenti Spiros Kapralosun videomüraciəti səsləndirilib. O, EFPM-in fəaliyyətini yüksək qiymətləndirərək Avropada ədalətli oyun dəyərlərinin inkişafına dəstəyini ifadə edib.
Assambleya çərçivəsində hesabatlar və maliyyə məsələləri təsdiqlənib, 2026–2027-ci illər üzrə fəaliyyət planı və büdcə qəbul edilib, nizamnaməyə edilən dəyişikliklər müzakirə olunaraq təsdiq edilib. Həmçinin təşkilata üç assosiativ və iki fəxri üzv qəbul olunub.
Müzakirələr zamanı kommunikasiya strategiyası, yeni beynəlxalq tərəfdaşlıqlar, Avropa layihələri və ədalətli oyun dəyərlərinin daha da genişləndirilməsi istiqamətində gələcək təşəbbüslər diqqət mərkəzində olub.
EFPM-in Lyublyanada keçirilən İcraiyyə Komitəsinin iclası və Baş Assambleyası təşkilatın Avropada ədalət, hörmət, dürüstlük və əməkdaşlıq dəyərlərinin inkişafı istiqamətində fəaliyyətində növbəti mühüm mərhələ kimi qiymətləndirilib.



Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb
25.07.2026, 20:48 Cüdo
-
Avropa Cüdo Turnirinin açılış mərasimi keçirilib
25.07.2026, 19:49 Cüdo
-
Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirilib
25.07.2026, 18:58 Su idman növləri
-
U-18 millimiz tarixdə ilk dəfə Avropa çempionatı B divizionunun qrup mərhələsində qələbə qazanıb
25.07.2026, 17:39 Basketbol
-
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
25.07.2026, 16:47 Velosiped
-
Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar müəyyənləşib
25.07.2026, 14:30 Cüdo
-
Rüstəm Orucov: "İdmançılarımızdan qızıl medallar gözləyirəm"
25.07.2026, 10:55 Cüdo
-
Natiq Bağırov: "Turnirdə iştirak edən idmançılar beynəlxalq yarış təcrübəsi qazanırlar"
25.07.2026, 10:48 Cüdo
-
Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib
25.07.2026, 10:41 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirinə start verilib
25.07.2026, 10:13 Cüdo
-
Avropa Cüdo Ümidləri Turnirinin püşkatma mərasimi keçirilib
24.07.2026, 21:46 Cüdo
-
U17 dünya çempionatının medalları təqdim olundu
24.07.2026, 20:08 Gündəm
-
Bakıda cüdo üzrə beynəlxalq texniki seminar keçirilir
24.07.2026, 19:48 Cüdo
-
“Neftçi” İdman Klubu yeni loqosunu təqdim edib
24.07.2026, 15:44 Olimpiya dünyası
-
Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib
24.07.2026, 13:42 Futbol
-
Dünya çempionundan təsirli paylaşım
24.07.2026, 13:07 Gündəm
-
Azərbaycan reytinqində 26-cı pillədə qərarlaşıb
24.07.2026, 13:06 Futbol
-
Onur Quluzadənin növbəti sınağı
24.07.2026, 10:18 Tennis
-
Konfrans Liqası: "Zirə" səfərdə məğlub oldu
23.07.2026, 22:23 Futbol
-
"Qarabağ" Bakıda ÇSKA ilə heç-heçə edib
23.07.2026, 22:05 Olimpizm xəbərləri
-
Frenki de Yonqun "Barselona"dakı gələcəyi sual altındadır
23.07.2026, 13:12 Futbol
-
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
23.07.2026, 12:51 Su idman növləri
-
"Shamakhi Open 2026" Beynəlxalq Şahmat Festivalının qalibləri müəyyənləşib
23.07.2026, 12:29 Şahmat
-
Ölkəmizin UEFA reytinqində mövqeyi dəyişməyib
23.07.2026, 11:35 Futbol
-
Konfrans Liqası: "Zirə" Estoniya klubu ilə qarşılaşacaq
23.07.2026, 11:14 Futbol
-
Dünya çempionatı çərçivəsində tanınmış güləşçilər azarkeşlərlə görüşəcəklər
23.07.2026, 10:33 Güləş
-
UEFA Avropa Liqası: Bu "Qarabağ" Bakıda ÇSKA ilə qarşılaşacaq
23.07.2026, 10:11 Futbol
-
Media nümayəndələri arasında stolüstü tennis turniri keçirilib
22.07.2026, 22:36 Tennis
-
Azərbaycan və El-Salvador gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
22.07.2026, 22:17 Gimnastika
-
Konfrans Liqası: "Neftçi" Bakıda "Dinamo"ya məğlub oldu
22.07.2026, 22:00 Futbol
-
Bu gün Milli Mətbuat Günüdür
22.07.2026, 00:38 Olimpiya dünyası
-
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olur
21.07.2026, 18:14 Gündəm
-
Milli Paralimpiya Komitəsi və "Neftçi" İdman Klubunun rəhbərliyi əməkdaşlıq perspektivlərini müzakirə edib
21.07.2026, 18:03 Olimpiya dünyası
-
“Liv Bona Dea Arena”nın ot örtüyü yenilənir
21.07.2026, 17:42 Futbol