Fuad Muradov: Avropa Oyunlarının bugünkü möhtəşəm açılışı yeni bir standart müəyyənləşdirdi
Olimpiya oyunları
09.08.2015, 12:40
Bu gün Bakıda keçirilən ilk Avropa Oyunlarının açılış mərasimində mən də iştirak etdim. Möhtəşəm açılış baş tutdu. Mərasim çox yüksək səviyyədə keçdi. Mən çox açılış mərasimlərini görüb izləmişəm. Fikrimcə, bugünkü açılış mərasimi Olimpiya Oyunlarının açılışı səviyyəsində oldu. Bu mərasim həyata keçiriləcək növbəti Avropa Oyunlarına bir nümunə olacaq.
Bunu Trend-ə iyunun 12-də Bakıda keçirilmiş Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmiş Avronest Parlament Assambleyasının (PA) Enerji təhlükəsizliyi komitəsinin həmsədri, deputat Fuad Muradov deyib.
Millət vəkilinin fikrincə, ilk Avropa Oyunlarının açılış mərasimində çoxsaylı dövlət və hökumət başçılarının, digər yüksək səviyyəli qonaqların, olimpiya komitələri sədrlərinin, ictimai-siyasi xadimlərin, dünyada tanınmış, məşhur şəxslərin iştirakı, dünyanın aparıcı kütləvi informasiya vasitələrinin onu yayımlaması göstərdi ki, açılış mərasimi yüksək səviyyədə keçdi: "Artıq hər bir ölkə çalışacaq ki, açılış mərasimlərini bu səviyyədə keçirsin, amma buna çatmaq çox çətin olacaq. Eyni zamanda, bugünkü möhtəşəm açılış yeni bir standart müəyyənləşdirdi. Açılışda olan rəngarənglik, orada göstərilən çıxışlar, Azərbaycan mədəniyyətinin qeyri-adi formada nümayişi bir daha göstərdi ki, ölkəmiz ən yüksək səviyyəli tədbirləri həyata keçirməyə qadirdir. Artıq digər ölkələrin Azərbaycanın təcrübəsindən istifadə etməsinə ehtiyac olacaq".
F.Muradov qeyd edib ki, ilk dəfə həyata keçirilən Avropa Oyunlarının açılış mərasiminin belə yüksək səviyyədə keçirilməsi Azərbaycanın tanıdılması istiqamətində növbəti ciddi addım idi: "Ölkədə həm Avropa Oyunlarına, həm idmana böyük maraq və diqqət var. Açılış mərasiminin belə yüksək səviyyədə keçirilməsi Prezident İlham Əliyevin idmana olan diqqət və qayğısının, Azərbaycan gənclərinin sağlamlığının inkişafına böyük töhfə verməsinin, eləcə də Avropa Oyunlarının Təşkilat Komitəsinə məhz ölkənin birinci xanımı Mehriban Əliyevanın başçılıq etməsinin nəticəsidir. Bu gün bütün dünya gördü ki, Azərbaycan nəyə qadirdir".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb
25.07.2026, 20:48 Cüdo
-
Avropa Cüdo Turnirinin açılış mərasimi keçirilib
25.07.2026, 19:49 Cüdo
-
Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirilib
25.07.2026, 18:58 Su idman növləri
-
U-18 millimiz tarixdə ilk dəfə Avropa çempionatı B divizionunun qrup mərhələsində qələbə qazanıb
25.07.2026, 17:39 Basketbol
-
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
25.07.2026, 16:47 Velosiped
-
Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar müəyyənləşib
25.07.2026, 14:30 Cüdo
-
Rüstəm Orucov: "İdmançılarımızdan qızıl medallar gözləyirəm"
25.07.2026, 10:55 Cüdo
-
Natiq Bağırov: "Turnirdə iştirak edən idmançılar beynəlxalq yarış təcrübəsi qazanırlar"
25.07.2026, 10:48 Cüdo
-
Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib
25.07.2026, 10:41 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirinə start verilib
25.07.2026, 10:13 Cüdo
-
Avropa Cüdo Ümidləri Turnirinin püşkatma mərasimi keçirilib
24.07.2026, 21:46 Cüdo
-
U17 dünya çempionatının medalları təqdim olundu
24.07.2026, 20:08 Gündəm
-
Bakıda cüdo üzrə beynəlxalq texniki seminar keçirilir
24.07.2026, 19:48 Cüdo
-
“Neftçi” İdman Klubu yeni loqosunu təqdim edib
24.07.2026, 15:44 Olimpiya dünyası
-
Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib
24.07.2026, 13:42 Futbol
-
Dünya çempionundan təsirli paylaşım
24.07.2026, 13:07 Gündəm
-
Azərbaycan reytinqində 26-cı pillədə qərarlaşıb
24.07.2026, 13:06 Futbol
-
Onur Quluzadənin növbəti sınağı
24.07.2026, 10:18 Tennis
-
Konfrans Liqası: "Zirə" səfərdə məğlub oldu
23.07.2026, 22:23 Futbol
-
"Qarabağ" Bakıda ÇSKA ilə heç-heçə edib
23.07.2026, 22:05 Olimpizm xəbərləri
-
Frenki de Yonqun "Barselona"dakı gələcəyi sual altındadır
23.07.2026, 13:12 Futbol
-
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
23.07.2026, 12:51 Su idman növləri
-
"Shamakhi Open 2026" Beynəlxalq Şahmat Festivalının qalibləri müəyyənləşib
23.07.2026, 12:29 Şahmat
-
Ölkəmizin UEFA reytinqində mövqeyi dəyişməyib
23.07.2026, 11:35 Futbol
-
Konfrans Liqası: "Zirə" Estoniya klubu ilə qarşılaşacaq
23.07.2026, 11:14 Futbol
-
Dünya çempionatı çərçivəsində tanınmış güləşçilər azarkeşlərlə görüşəcəklər
23.07.2026, 10:33 Güləş
-
UEFA Avropa Liqası: Bu "Qarabağ" Bakıda ÇSKA ilə qarşılaşacaq
23.07.2026, 10:11 Futbol
-
Media nümayəndələri arasında stolüstü tennis turniri keçirilib
22.07.2026, 22:36 Tennis
-
Azərbaycan və El-Salvador gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
22.07.2026, 22:17 Gimnastika
-
Konfrans Liqası: "Neftçi" Bakıda "Dinamo"ya məğlub oldu
22.07.2026, 22:00 Futbol
-
Bu gün Milli Mətbuat Günüdür
22.07.2026, 00:38 Olimpiya dünyası
-
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olur
21.07.2026, 18:14 Gündəm
-
Milli Paralimpiya Komitəsi və "Neftçi" İdman Klubunun rəhbərliyi əməkdaşlıq perspektivlərini müzakirə edib
21.07.2026, 18:03 Olimpiya dünyası
-
“Liv Bona Dea Arena”nın ot örtüyü yenilənir
21.07.2026, 17:42 Futbol