Voleybolçu qızlarımız mühüm yarışa hazırlaşırlar

Voleybolçu qızlarımız mühüm yarışa hazırlaşırlar



Voleybol üzrə qadınlardan ibarət milli komandamız dünya çempionatında çıxış edəcək. Qadınlardan ibarət milli komandanın baş məşqçisi Faiq Qarayevin yetirmələri bu gün Sloveniyaya yola düşəcəklər. İdmançılarımız hazırlıqlarını Sloveniyaya davam etdirəcəklər. Yığmamızın bir neçə yoldaşlıq oyunları keçirəcəyi gözlənilir. Xanımlarımız iki həftə ərzində Sloveniyada təlim-məşq toplanışı keçirəcəklər və mundialda D qrupunda mübarizə aparacaqlar. Komandamızın rəqibləri Yaponiya, Çin, Puerto-Riko, Belçika və Kuba yığmalarıdır.
Məlumat üçün bildirək ki, çempionat sentyarbın 23-dən oktyabrın 12-dək İtaliyada keçiriləcək.