“Azəryol” daha bir voleybolçu ilə yollarını ayırdı

“Azəryol” daha bir voleybolçu ilə yollarını ayırdı

"Azəryol”un rəsmən yollarını ayırdığı daha bir legionerin adı dəqiqləşib. Ötən mövsüm qarşıya qoyulan məqsədlərə çata bilməyən Bakı təmsilçisi bu dəfə braziliyalı Fernanda İsislə yollarını ayırıb. Bu ilin martında amerikalı Cessika Consun zədələnməsindən sonra komandaya transfer olunan 30 yaşlı blokçu ilə müqavilənin artırılması məqsədəuyğun hesab olunmayıb. Nəticədə, İsis vətəninə üz tutub və burada yerli "Pineyros”la 1 illik müqavilə imzalayıb.
Məlumat üçün qeyd edək ki, "Azəryol” bunadək 2013-2014-cü illər mövsümündə heyətində oynamış italiyalı Çyara di Yulio, almaniyalılar - Marqareta Kozux və Lisa Tomsenlə də vidalaşıb.