Azərbaycan millisinin voleybolçusu Kseniya Kovalenko məşqlərə başlayıb. Ötən ayın əvvəlində Türkiyədə ayağından əməliyyat olunan təcrübəli blokçumuz 1 aylıq fasilədən sonra yenidən məşqlərə qayıdıb. Hələlik bərpa prosesi keçən və fərdi məşqlərə üstünlük verən Kovalenkonun dünya çempionatına kimi formada olacağı gözlənilir.