Məşqçi dəyişikliyi

Məşqçi dəyişikliyi


"Azərreyl” komandasının yeni baş məşqçisinin adına aydınlıq gətirilib. Komandanı yeni mövsümdən etibarən Vüqar Əliyev çalışdıracaq. Gənc mütəxəssis bu vəzifədə Aleksandr Çervyakovu əvəzləyib. Komanda rəhbərliyi Vüqar Əliyevin qarşısına gənc voleybolçuların yetişdirilməsi tapşırığını qoyub. Həmçinin, mövsümə cavan oyunçularla start verəcək "Azərreyl” klubu "Çelenc Cup”da maksimum irəliləməli, təcrübə toplamalı, Super Liqada uğurlu çıxış etməlidir.
Məlumat üçün, qeyd edək ki, 40 yaşlı mütəxəssis son mövsüm "Azəryol”da Ancelo Vercesinin köməkçisi işləyib. O, daha əvvəl baş məşqçi kimi bu komanda ilə 2011-ci ildə "Çelenc Cup” turnirinin qalibi olub. Vüqar Əliyev 2012-2013-cü illər mövsümündə isə "Azərreyl”də Çervyakovun köməkçisi olub.