Ağsuda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə məktəbli qızlar arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilib. 1 saylı məktəb-liseydə 60 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Beynəlxalq Qadınlar gününü qeyd etmək, qızlar arasında voleybol idman növünü inkişaf etdirmək və güclü voleybolçu qızları aşkar etmək olub.
Sonda 4 saylı məktəb birinci, 1 saylı məktəb lisey ikinci, 2 saylı tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb. Qaliblər Gənclər və İdman idarəsi tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.