Çinli idmançı öz vətəninə qayıtdı

Çinli idmançı öz vətəninə qayıtdı


"İqtisadçı”nın sabiq voleybolçusu Ma Yun Ve komandası ilə vidalaşıb. 2013-2014-cü illər mövsümünün gedişində anası xəstə olduğu üçün Bakı klubu ilə yollarını ayıran 28 yaşlı voleybolçu karyerasını vətəni Çində davam etdirəcək. O, bundan sonra Çinin "Şanxay” komandasının heyətində çıxış edəcək.
Məlumat üçün qeyd edək ki, Ma Yun Ve öz ölkəsində kifayət qədər güclü oyunçu hesab edilsə də, Azərbaycan klubunda özünü doğrulda bilməmişdi.