"Rabitə”nin voleybolçusu Sanya Staroviçin "Beşiktaş”a keçidi rəsmiləşib. 31 yaşlı serbiyalı hücumçu İstanbul təmsilçisi ilə danışıqları müsbət yekunlaşdırıb. "Qara qartallar” voleybolçu ilə razılığa gəldiklərini və onunla 1 illik müqavilə imzaladıqlarını açıqlayıblar. Qeyd edək ki, 2008-ci ildən Bakı klubunun şərəfini qoruyan və son mövsümdə kapitan sarğısını daşıyan Staroviç "Rabitə” ilə 6 dəfə Azərbaycan, 1 dəfə dünya çempionu adını qazanıb. O, həmçinin təmsilçimizin heyətində 1 dəfə dünya çempionatının və 2 dəfə Çempionlar Liqasının gümüş medalına yiyələnib.