"Püşkdən əvvəl hər şeyə hazır idik. İndi isə qarşımızda 2 nəhəng komanda var”. Bu sözləri Fransanın "Nant” voleybol klubunun baş məşqçisi Silven Qinqis deyib.
Yeni mövsüm barədə fikirlərini açıqlayan məşqçi Çempionlar Liqasının B qrupunda qarşılaşacaqları "Azəryol”, "Fənərbaxça” və "Stiinta” klublarını analiz edib. O bildirib ki, 2014/2015-ci illər mövsümündə komandasını gərgin matçlar gözləyir: ""Azəryol” avrokuboklarda oynamasına adət etdiyimiz komandadır. Onlar ötən mövsüm Azərbaycan çempionatını ikinci pillədə başa vurublar. Heyətində xeyli sayda təcrübəli oyunçular var. "Fənərbaxça” da Türkiyə liqasında dominantlıq edən klublardan biridir. Onlar son mövsümdə CEV kubokunu da qazanıblar. Bu da ikinci dərəcəli Avropa turniridir. Türkiyə klubu dünyanın ən yaxşı voleybolçularından təşkil olunub. Onların sırasında Kristina Bauer də var. Mən Rumıniya təmsilçisi "Stiinta” klubu haqda o qədər ətraflı məlumata malik deyiləm. 2 il öncə bu ölkənin başqa komandası ilə oynamışıq. Ümumilikdə, ən çətin qrupdalardan birində yer aldığımızı deyə bilər”.