Qadın voleybolçular arasında dünya Qran-prisinə yekun vurulub. Turnirin qalibi adına Braziliya millisi layiq görülüb.
Həlledici görüşdə Yaponiya millisinə heç bir şans verməyən "samba”çılar rəqiblərinə - 3:0 (25:15, 25:18, 27:25) hesabı ilə qalib gəliblər. Növbəti yerləri, müvafiq olaraq, Rusiya, Türkiyə, Çin və Belçika komandaları tutublar.
Məlumat üçün qeyd edək ki, Yaponiya, Çin və Belçika komandaları sentyabr ayında İtaliyada təşkil olunacaq dünya çempionatında Azərbaycan yığması ilə eyni qrupda yer alıb.