Voleybolçularımız dünya çempionatına Bolqarıstanda hazırlaşacaqlar

Voleybolçularımız dünya çempionatına Bolqarıstanda hazırlaşacaqlar


Sloveniyada təlim-məşq toplanışında olan voleybol üzrə Azərbaycan milli komandası bu ölkəni yoxlama matçı keçirmədən tərk edə bilər. Dünya çempionatına hazırlaşan komandamız hələlik güclü rəqiblərlə qarşılaşmaqda maraqlı deyil.
Belə ki, Mariborda bir neçə yığma, həmçinin Avropanın aparıcı klubları təlim-məşq toplanışı keçsə də, həmyerlilərimiz onlarla qarşılaşmaq fikrindən uzaqdırlar. Millimiz yoldaşlıq oyunlarını hazırlığın ikinci mərhələsində keçirəcək. Komandamız 1 həftə sonra Bolqarıstana yollanacaq. Burada isə voleybolçularımızın 4-5 sınaq oyunu keçirməsi planlaşdırılır.
Məlumat üçün qeyd edək ki, yığmamız Sloveniyada Xorvatiya ilə qarşılaşmağa razı olsa da, son anda rəqib komanda bu görüşdən imtina etmişdi.