"Telekom”un sabiq voleybolçusu Diana Anisova özünə yeni iş yeri tapıb. 22 yaşlı ukraynalı hücumçu karyerasını Rumıniyada davam etdirəcək. O, bu ölkənin aparıcı klublarından olan "Dinamo-Romprest”lə 1 illik razılığa gəlib.
Qeyd edək ki, 2012-ci ildə Bakı təmsilçisinin heyətinə transfer olunan Anisova ötən mövsümün gedişində daxili nizam-intizamı pozduğu üçün komandadan kənarlaşdırılmışdı.