"Azəryol” klubunun yeni transferi Yovana Brakoçeviç dünya çempionatında qüvvəsini sınayacaq. Bu barədə Serbiya millisinin baş məşqçisi Zoran Terziç açıqlama verib. O bildirib ki, sentyabrın 23-də İtaliyada start götürəcək mundialda təcrübəli blokçunun köməyindən istifadə edəcək. Terziçin sözlərinə görə, Yovana çiynindəki zədəni artıq sağaldıb.
Qeyd edək ki, Bakı klubunun üzvü zədə üzündən dünya Qran-prisində mübarizə apara bilməmişdi.