Çempionlar Liqasının qrup mərhələsində "Rabitə”nin rəqibi olan Çexiyanın "Agel” klubu heyətini gücləndirməkdə davam edir. Klub rəhbərliyi kubalı Lanni Kastaneda Simonu ilə razılığa gəlib.
28 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb. Bununla da ötən mövsüm Kuba Voleybol Federasiyasının etirazından sonra cəzalandırılaraq, rəsmi oyunlara çıxmayan Simon ilk dəfə Avropa komandasında forma geyinmək imkanı qazanacaq.
O, son ili Sürixin "Volero” klubunda məşq etməklə keçirib.
Qeyd edək ki, dekabrda "Agel”in qonağı olacaq Azərbaycan çempionu yanvarda rəqibini qəbul edəcək.