Komandamız hazırlıqlarını davam etdirir

Komandamız hazırlıqlarını davam etdirir

Bolqarıstanda təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib. Faiq Qarayevin yetirmələri ev sahiblərinin yığması ilə üz-üzə gəliblər.
Matçda qalib müəyyənləşməyib. Belə ki, komandamız hissələr arasında fərqi bərabərləşdirdikdən sonra görüş yekunlaşıb - 2:2 (14:25, 25:23, 22:25, 25:17). Yığmamızın üzvü Polina Rəhimova qarşılaşmada ən çox fərqlənən voleybolçu olub. Bolqarıstan yığmasının heyətində isə Emilya Nikolova məhsuldarlığı ilə yadda qalıb. O, 18 dəfə fərqlənə bilib.
Qeyd edək ki, mundiala hazırlaşan millimiz Sofiyada daha bir neçə yoxlama matçı keçirəcək.