Azərbaycan millisinin voleybolçusu Anita Bredis karyerasını Türkiyədə davam etdirəcək. 22 yaşlı toppaylayıcımız Super Liqada mübarizə aparan "Yeşilyurt”la danışıqları müsbət yekunlaşdırıb.
Perspektivli oyunçumuz İstanbul təmsilçisi ilə 1 illik müqaviləyə imza atıb. Bredisin özünü yaxşı tərəfdən göstərəcəyi halda klubla müqavilənin müddətinin uzadılması da istisna olunmur. Qeyd edək ki, Anita Azərbaycanda "Lokomotiv-Biləcəri”də forma geyinib.