"Azərreyl” yeni mövsüm üçün heyətini gücləndirir. Heyətinin böyük əksəriyyətini itirən "dəmiryolçular” bir neçə voleybolçusu ilə müqavilənin müddətini yeniləyiblər. Belə ki, Azərbaycan millisinin blokçusu Aynur Kərimova və toppaylayıcısı Şəfaqət Həbibova yeni mövsümdə də "Azərreyl”in uğurları üçün mübarizə aparacaqlar. Klub rəhbərliyi onlarla 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Azərreyl” klubuna yeni mövsümdən etibarən Vüqar Əliyev baş məşqçilik edəcək.