Sentyabrın 23-də İtaliyada keçiriləcək qadın voleybolçular arasında dünya çempionatının ən böyük və ən kiçik yaşlı voleybolçularının adı məlum olub. Yarışın ilk günü Bolqarıstan millisinin voleybolçusu Yelena Kolevanın 36 yaş, 9 ay, 22 günü tamam olacaq. O yarışda çıxış edəcək ən böyük yaşlı oyunçudur. Çempionatın ən kiçik yaşlı voleybolçusu isə Dominikan Respublikasının hücumçusu Natalya Martinesdir. Çempionatın açılışı zamanı onun13 yaş 9 ay 28 günü tamam olacaq.
Qeyd edək ki, Azərbaycan millisinin ənböyük yaşlı oyunçusu Yelena Parxomenko Kolevadan 4 yaş kiçikdir - 32 yaş, 12 gün. Komandamızın ən gənc siması Leyla Parşkova isə Martinesdən 3 yaş böyükdür - 16 yaş, 1 ay, 4 gün.