Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti dəqiqləşib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti dəqiqləşib

Sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyada keçiriləcək dünya çempionatında mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti dəqiqləşib.
Baş məşqçi Faiq Qarayev mundialda güvənəcəyi oyunçuları müəyyənləşdirib. Belə ki, yarışda Azərbaycan millisinin heyətinə Oksana Parxomenko, Kristina Yaqubova, Natəvan Qasımova, Kseniya Kovalenko, Ayşən Abduləzimova, Aynur Kərimova, Yelizaveta Səmədova, Anastasiya Qurbanova, Odina Əliyeva, Yelena Parxomenko, Polina Rəhimova, Yekaterina Jidkova, Yana Ağayeva, Ceyran Əliyeva, Oksana Kiselyova daxildirlər.
Azərbaycan millisi Yaponiya, Çin, Puerto-Riko, Belçika və Kuba ilə "D” qrupunda yer alıb. Hazırda İtaliyada olan yığmamız dünya çempionatının startına kimi İtaliya ilə 3 yoxlama matçı keçirəcək