Azərbaycan klublarının qadın voleybolçular arasında Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi arenalar müəyyənləşib. Super-liqanın iki ən yaxşı klubu - "Rabitə” və "Azəryol” əvvəlki illərdə rəqiblərini qəbul etdiyi meydanlarda çıxış edəcəklər.
Belə ki, son illərin dəyişməz Azərbaycan çempionu "Rabitə” yenə də "Sərhədçi” Olimpiya Mərkəzində azarkeşlər önünə çıxacaq. "Azəryol” isə Voleybol Mərkəzində oynayacaq.