Kişi voleybolçular arasında keçirilən dünya çempionatına yekun vurulub. Polşada təşkil olunan yarışın qalibi adına elə meydan sahibləri nail olublar.
Onlar finalda Braziliyaya 3:1 (18:25; 25:22, 25:23, 25:22) hesabı ilə qalib gələrək, "sambaçılar”ın ardıcıl üçüncü dünya çempionluğu (2002, 2006, 2010) seriyasını qırıblar.
Bununla, polşalılar 40 ildən sonra ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Üçüncü yer uğrunda matçda isə Almaniya yığması Fransa komandasını 3:0 (25:21, 26:24, 25:23) hesabı ilə məğlub edib.