Azərbaycan çempionu "Rabitə” heyətini gücləndirməkdə davam edir. Bakı təmsilçisi əvəzedici komandası "Telekom”da oynayan 3 oyunçusunu heyətinə cəlb edib. Belə ki, Azərbaycan millisinin voleybolçuları Yelizaveta Səmədova, Olina Həsənova və Kristina Yaqubova yeni mövsümdən "Rabitə”nin şərəfini qoruyacaqlar. Onların lazım gəldikdə yarandığı gündən heyətində çıxış etdikləri "Telekom”a kömək etmələri də istisna olunmur.
Qeyd edək ki, universal oyunu ilə seçilən Səmədova ilə blokçu Həsənova 1995-ci il, toppaylayıcı Yaqubova isə 1996-cı il təvəllüdlüdür.