Patrik Hikki: “Bakıda obyektlərin inşası sürətlə aparılır”

Patrik Hikki: “Bakıda obyektlərin inşası sürətlə aparılır”


Buyaxınlarda Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki tarixdə ilk dəfə keçiriləcək Avropa-2015 Oyunlarına ev sahibliyi edəcək paytaxt şəhərin yarışlara hazır olduğunu bildirib.
Bu haqda məlumat AOK-un rəsmi saytında yerləşdirilib. Rusiyanın məşhur "Sportexpress” qəzetinin də yazdığına görə, irlandiyalı mütəxəssis Azərbaycanın paytaxt şəhərinin 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına tam hazır olduğunu deyib.
"Bakıda idman obyektlərinin inşası sürətlə davam etdirilir. Çox inanıram ki, Azərbaycanın paytaxtı ilk Avropa Oyunlarının yüksək standartlarına cavab verəcək”, - deyə AOK-un prezidenti söyləyib.