Voleybol üzrə Bakı şəhər birinciliyi keçirilib

Voleybol üzrə Bakı şəhər birinciliyi keçirilib


Xətai rayon Uşaq Gənclər İdman Məktəbində voleybol üzrə 1998-1999-cu il təvəllüdlü oğlanlar və qızlar arasında Bakı şəhər birinciliyi keçirilib. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən yarışda Xətai UGİM, Sabunçu UGİM, Lokomotiv VK, Binəqədi UGİM, RİOEUGİM, Suraxanı UGİM, ADNA VK-nı təmsil edən komandalar mübarizə aparıblar. Nəticələrə görə qızlar arasında I yeri RİOEUGİM, II yeri Sabunçu UGİM, III yeri Binəqədi UGİM komandaları qazanıblar. Oğlanlar arasında I yeri Sabunçu UGİM, II yeri Binəqədi UGİM, III yeri isə Xətai UGİM tutublar.
Qalib komandalar diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.