Voleybolçular DÇ-də iştirakını dayandırıblar

Voleybolçular DÇ-də iştirakını dayandırıblar


Azərbaycanın qadın voleybolçulardan ibarət millisi İtaliyada keçirilən dünya çempionatında iştirakını dayandırıb.
Xorvatiya yığması ilə qarşılaşmadan 3:1 (23:25, 25:23, 25:13, 25:23) hesabı ilə qalib ayrılan millimiz Almaniya komandasına 3:0 (25:15, 25:23, 25:19) hesabı ilə məğlub olub.
Millimizin iştirak etdiyi E qrupunda artıq mübarizəni davam etdirəcək komandaların adlarına aydınlıq gəlib. Çin, İtaliya və Dominikan Respublikası bugünkü oyunların nəticəsindən asılı olmayaraq, qrupda ilk üç yerin sahibləri kimi üçüncü mərhələyə vəsiqə qazanıblar.