"İqtisadçı”nı CEV kubokunda və Super-liqada hansı klubun əvəzləyəcəyinə oktyabrın 18-də aydınlıq gələcək. Bu barədə "Olimpiya dünyası” qəzetinə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlumat verib. Federasiyadan verilən məlumata əsasən, oktyabrın sonlarında başlayacaq ölkə çempionatında neçə komandanın mübarizə aparacağı həftənin sonunda dəqiqləşəcək. Oktyabrın 18-də sifarişlərin verilməsi bitəcək və "İqtisadçı”nın da taleyinə aydınlıq gələcək.