Məşhur fransız futbolçu Tyerri Anri karyerasını yenidən ölkəsində davam etdirə bilər. Amerika mətbuatı xəbər verir ki, PSJ və "Monako” hazırda ABŞ-ın "Nyu-York Red Bullz” klubunda çıxış edən 37 yaşlı hücumçu ilə ciddi maraqlanır.
Qeyd edək ki, Anrinin hal-hazırda təmsil etdiyi klubu ilə bağladığı müqavilənin müddəti 2014-cü ilin sonunda başa çatır. Belə ki, məşhur futbolçu 2015-ci ilin yanvar ayından sonra azad agent olacaq.
Xatırladaq ki, Anri əvvəllər "Monako”, "Yuventus”, "Arsenal” və "Barselona” klublarının da formasını geyinib.