"Lokomotiv” yeni mövsüm üçün heyətini formalaşdırıb. Son mövsümü uğursuz bitirən "dəmiryolçular”ın 14-cü transferi Serbiya millisinin sabiq 4-cü zona hücumçusu Aleksandra Srnçeviç olub.
185 sm boya malik 27 yaşlı voleybolçu Yaponiyanın "Pioneer Red Vinqs” klubundan transfer edilib. İndiyədək hansısa adlı-sanlı komandada oynamayan Aleksandra Azərbaycana gələnədək ölkəsində "Postar 064”lə (2002-2007) "Dinamo” (2007-2008), Yunanıstanda "İonikos” (2008-2009), "Markopoulou” (2009-2010) və "Olimpiakos” (2010), Rumıniyada "Dinamo-Romprest” (2010-2011), Fransada isə "Haynaut” (2011-2013) klubunun formasını geyinib. O, Yaponiya klubu da daxil olmaqla heç bir xarici komandada titul qazanmayıb. Srnçeviç yalnız "Postar 064”ün heyətində 2 dəfə Serbiya çempionatının qızıl medalını qazanıb, 3 dəfə ölkə kubokuna yiyələnib.