Kubalı mütəxəssis yığmadan ayrıldı

Kubalı mütəxəssis yığmadan ayrıldı


Ölkənin kişilərdən ibarət voleybol yığması baş məşqçisiz qalıb. Brlə ki, Azərbaycan Voleybol Federasiyası kubalı Sillie Tabares Leonardo ilə yollarını ayırıb. Adıçəkilən xarici mütəxəssislə 2 illik müqavilə ötən ilin noyabrında bağlanıb. Mərkəzi amerikalının işi federasiyanı razı salmayıb. Daha doğrusu, yığmamız U-20-lər arasında Avropa çempionatında, Avropa Liqasında və bir sıra yarışlarda yalnız qrup sonuncusu olduğundan Leonardo ilə müqaviləyə vaxtından əvvəl xitam verilib. Sillie Tabares artıq xeyli müddətdir öx vətəninə qayıdıb. Onun əvəzləyicisinin adının yaxın günlərdə müəyyənləşəcəyi bildirilir.
Qeyd edək ki, Leonardonun qızı, ötən mövsüm "Azəryol”un kapitanı olmuş Yuside Sillie də artıq Bakı klubundan göndərilib.