Türkiyədə hazırlıqlarını davam etdirən "Lokomotiv” voleybol klubu ikinci yoxlama matçını keçirib. "Dəmiryolçular”ın rəqibi "Qalatasaray” klubu olub. Oyuna yaxşı başlayan Bakı təmsilçisi ilk 2 setdə ciddi müqavimətlə üzləşməyib. Komanda hər 2 hissədə öndə olub və qalib gəlib. Üçüncü setdə istanbullular fəallaşsalar da, yekun hesabı "Lokomotiv” müəyyənləşdirib - 3:1 (25:22; 25:17; 20:25; 25:22).
Qeyd edək ki, ilk sınaq matçında "Əzcaçıbaşı”ya da qalib gələn "Lokomotiv” bu gün Türkiyədə axırıncı yoldaşlıq oyununa çıxacaq. Rəqib yenə "Qalatasaray” olacaq.